Azərbaycan diaspora təşkilatları lobbiçilik fəaliyyəti ilə də məşğul olur

18:30 - 7 Noyabr 2017 - KİVDF

Lobbiçilik fəaliyyəti iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafında öz töhvəsini verir

Son dovrdə Azərbaycan diasporu dirçəliş dövrünü yaşamaqdadır. Bir çox ölkəbrdə fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları artıq lobbiçilik fəaliyyəti ilə də məşğul olurlar. Hazırda Belarusda fəaliyyət göstərən Belarus-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Bu qrup Azərbaycanla Belarus arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində önəmli rol oynayır, iqtisadi əlaqələrin inkişafına dəstək verir. Bu qrupun lobbiçilik fəaliyyəti iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafında öz töhvəsini verir. Belarusda Azərbaycan məhsullarının tanınmasında və saatışında önəmli rol oynayır. Bu fəaliyyəti Belarus rəhbərliyi də dəstəkləyir. Belarusun Xarici İşlər naziri Vladimir Makey isə bildirib ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafında, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi əhəmiyyətlidir. Belarus Xarici işlər naziri Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addım olduğunu bildirib.
Azərbaycanın Belarus Respublikasındakı səfiri Lətif Qəndilov vurğulayıb ki, Azərbaycan "Made in Azerbaijan" brendi ilə dünya bazarlarına çıxır. Belarusda açılan Azərbaycan Ticarət Evi buna bir misaldır. Artıq  Azərbaycan məhsulları Belarusda yaxşı tanınınr və Azərbaycan Ticarət Evinin açılması Azərbaycan məhsullarının heç bir vasitəçi olmadan Belarusa birbaşa ixracı üçün gözəl imkan yaradır. Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Belarus və Azərbaycan hər bir sahədə böyük uğurlar qazanıb. Azərbaycan Ticarət Evi iki ölkə arasında iqtisadi əlaqələri daha da genişləndirəcək və Azərbaycandan Belarusa mal ixracını artıracaq, ixracın strukturunun şaxələndirilməsinə əlavə stimul verəcək.
Lobbiçilik fəaliyyətinin nəticəsidir ki, bu gün Belarus Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir, ölkəmizin haqlı tərəf oldüğüna inanır. “Sizə açıq şəkildə deyirəm: belaruslular Donbassdakı hadisələrə laqeyd qalmadıqları kimi, Qarabağdakı hadisələrə də ürək ağrısı ilə yanaşırlar. Bu da təsadüfi deyil. Axı biz hamımız – ukraynalılar, ruslar, belaruslular, azərbaycanlılar, ermənilər və digər xalqların nümayəndələri – böyük bir dövlətin tərkibindən, Sovet İttifaqı adlı mehriban ailədən çıxmışıq. Buna görə də biz harada olmasından asılı olmayaraq, sülhün, normal həyatın və əmin-amanlığın bərqərar olması üçün əlimizdən gələni edəcəyik”.
Dağlıq Qarabağla bağlı mövqeyimiz dəyişməz olaraq qalır: problem yalnız danışıqlar masası arxasında və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq həll oluna bilər. ATƏT-in Minsk qrupunun üzvü olaraq Belarus tərəflərə bu münaqişənin sülh yolu ilə həll olunmasında lazımi yardımı göstərməyə hazırdır. Biz bu mövqedən çıxış edirik ki, insanlar üçün öz doğma torpaqlarında sülh və əmin-amanlıqdan daha qiymətli bir şey yoxdur”, -Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko deyib. .
Onun sözlərinə görə, Belarus və Azərbaycan beynəlxalq arenada yaxın mövqeyə malikdirlər, xalqlarımızın marağına uyğun müstəqil xarici siyasət yürüdürlər. Ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyası aktiv fəaliyyət göstərir. Qarşılıqlı ticarətdə hər iki tərəfdən 270-dən çox müəssisə iştirak edir və onlar yüzlərlə növ məhsulun tədarükünü həyata keçirirlər. Azərbaycanın 45-ə yaxın şirkəti ölkənizdə Belarus müəssisələrinin diler və distribüteridir. “İki ölkə arasında istehsalat və xidmət sahələrində əməkdaşlıq genişlənir. Xüsusilə investisiya sahəsində ikitərəfli əməkdaşlığın fəallaşdığını qeyd etmək xoşdur. Azərbaycan biznesi bizə logistika və iş mərkəzlərinin, mehmanxana biznesi və ictimai iaşə obyektlərinin, infrastrukturun yaradılması ilə bağlı layihələrlə təşrif buyurur. Tikinti, qida sənayesi, maşınqayırma, nəqliyyat, turizm, bank və sığorta xidmətləri kimi sahələr investorlarda maraq oyadır. Daimi əsasda innovasiya layihələri üzrə işçi qruplarının iclasları, eləcə də hər iki ölkənin Rabitə nazirliklərinin xətti ilə biznes-forumlar keçirilir. Bu istiqamətdə daimi əməkdaşlıq innovasiyaların irəliləyişi sistemini – onların layihə işləmələrindən tutmuş praktiki tətbiqinədək – yaratmağa imkan verib.
Digər sahələrdə də əməkdaşlıq tam sürətlə inkişaf edir. Hər iki ölkənin elm adamları arasında uzunmüddətli əlaqələr qurulub. Onlar birgə elmi layihələri icra edirlər. Hər il Belarus və Azərbaycan artistləri daim uğurla keçən qarşılıqlı qastrol səfərləri edirlər. Əminəm ki, ölkələrimiz arasında siyasi, ticari-iqtisadi, təhsil, mədəni və digər münasibətlərin hazırkı sistemi ikitərəfli strateji tərəfdaşlığın dinamik inkişafının mühüm amilidir. Mən bir daha Azərbaycanla əməkdaşlıq haqqında dəfələrlə dediyim ifadəni təkrar etmək istərdim: “Kaş hər dövlətlə belə münasibətlərimiz olsun”.
Azərbaycanın lobbiçilik fəaliyyətinin nəticəsidir ki, Azərbaycan bölgədə Belarusun ən etibarlı dostu və strateji müttəfiqidir. Belarus Respublikasının Baş naziri Andrey Kobyakov bu il Minsk şəhərində rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə ölkəmizi Belarusun strateji müttəfiqi adlandırıb.Azərbaycan ilə Belarus arasında iqtisadi, mədəni, elmi-texniki əlaqələrin inkişaf tempindən söz açan Baş nazir qeyd edib ki, son illər maşınqayırma, kənd təsərrüfatı texnikası və informasiya texnologiyaları istiqamətində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. 
Milli Məclisin sədri Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal iqtisadi layihələrdən söz açıb. Spiker Azərbaycanla Belarus arasında mövcud olan iqtisadi, ticari, elmi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Oqtay Əsədov deyib ki, Minsk traktor zavodunun Gəncə avtomobil zavodunda istehsal olunan traktor və avtomobilləri Azərbaycan vasitəsilə Türkiyə bazarına çıxarılacaq.
Ümumiyyətlə, Belarus Azərbaycan ilə siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafına xüsusi önəm verir. Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviç isə bildirib ki, Belarusla Azərbaycan arasında tarixi dostluq əlaqələri var. Bu əlaqələrin inkişafında iki ölkə rəhbərlərilə yanaşı, diaspora təşkilatlarının da öz rolu var. Onun sözlərinə görə, ölkələrimiz dövlət müstəqilliklərini bərpa etdikdən sonra ikitərəfli münasibətlər strateji müttəfiqlik müstəvisinə qədəm qoyub. Son illər hər iki ölkənin dövlət başçılarının ikitərəfli rəsmi səfərlərinin qarşılıqlı əlaqələrin inkişafına xüsusi təkan verdiyini vurğulayan Belarus Respublika Şurasının sədri bildirib ki, hazırda Belarusda Azərbaycanın 58 şirkəti fəaliyyət göstərir. Azərbaycanda isə Belarusun 70-ə yaxın müxtəlif fəaliyyətli şirkəti mövcuddur. “Düşünürəm ki, hər iki ölkə investisiya qoyuluşunu artıra bilər. Parlamentlərimiz bu istiqamətdə fəaliyyətlərini gücləndirə, müxtəlif təkliflərlə çıxış edə bilərlər”, - deyə o qeyd edib.
Mixail Myasnikoviç bildirib ki, son 10 ildə Belarus Gəncə avtomobil zavodunda traktor, yük avtomobili yığılması və kommunal texniki avadanlıqlar üçün Azərbaycana 400 milyon dollar məbləğində məhsul ixrac edib. Zavodda BELARUS markalı təxminən 10 min traktor və 4 minə yaxın yük avtomobili istehsal edilib. Sədr təklif edib ki, Azərbaycanın və Belarusun birgə istehsalı olan məhsullar İran, Türkiyə bazarlarına çıxarılsın. Azərbaycan və Belarus əməkdaşlığı strateji xarakter daşıyır.
Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Azərbaycan və Belarus arasında istər siyasi, istər iqtisadi sahədə əlaqələr inkişaf edir, heç bir fikir ayrılığı yoxdur. “Azərbaycan və Belarus prezidentləri arasında səmimi dostluq münasibətləri var. Biz həmişə dost kimi bir-birimizi dəstəkləmişik. Beynəlxalq təşkilatlarda hər iki ölkənin sıx əməkdaşlığı mövcuddur. Düşünürəm ki, bu əməkdaşlıq daha da inkişaf və yeni formatda davam etdirilməlidir”, - deyə Oqtay Əsədov bildirib. Milli Məclisin sədri qeyd edib ki, regional parlament qurumları yaradılmalıdır və bu istiqamətdə Azərbaycan və Belarus parlamentləri birgə çalışa bilərlər.
Oqtay Əsədov vurğulayıb ki, Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq da yüksək səviyyədədir. Bu sahədə əməkdaşlıq daha da inkişaf etdirilir. Belarusun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayan Milli Məclisin sədri bildirib ki, 2016-cı ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisə zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko dərhal bəyanat verərək Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Xəbər xətti