Ana səhifə
25 İyun 2018

“Bayrağımız qürurumuzdur”

Maraqlı layihələrlə mütəmadi olaraq tamaşaçılarının görüşünə gələn Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir bayram tədbiri reallaşdırılacaq.
Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, belə ki, 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə “Bayrağımız qürurumuzdur” adlı konsert proqramı təqdim olunacaq.
Teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadlarının iştirakı ilə keçiriləcək konsertdə vətənpərvərlik mövzusunda mahnı və marşlar səsləndiriləcək. Vətənə, bayrağa, ümumilikdə dövlət rəmzlərinə sevgi mövzulu kompozisiyalar, tamaşalardan səhnəciklər də nümayiş olunacaq.
Bayram gününə təsadüf edəcək konsertin təşkilində əsas məqsəd yetişən nəsilləri milli ruhda tərbiyələndirmək, onlara dövlət rəmzlərinə sevgi və hörmət aşılamaqdır.
Xeyriyyə xarakterli konsertdə Bakının internat məktəbi-uşaq evlərinin sakinləri, eləcə də xüsusi imtiyazlı balacalar iştirak edəcəklər.
 

Tarix
7 Noyabr 2017 [17:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin