Robert Sekuta: "Prezidentlərin Cenevrə görüşünün davamı gəlməlidir"

12:24 - 7 Noyabr 2017 - SİYASƏT

“Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü müsbət addımdır. Ancaq bu istiqamətdə addımların davamı gəlməli, əlavə işlər görülməlidir”. APA-nın məlumatına görə, bu sözləri Qubada səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, hazırda ATƏT-in Minsk qrupu həmsədrləri hər iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün iş aparırlar: “Həlli uzanan bu münaqişənin dinc yolla həlli və prosesin irəli aparılması üçün işlər davam etdirilir”. 

Xəbər xətti