Ana səhifə
20 Sentyabr 2018

MTRŞ sədri: “Reytinq asılılığı özəl kanallarda verilişlərin keyfiyyətinin aşağı olmasına gətirib çıxarır”

“İnsanlar bəzən özəl telekanallardakı bayağı verilişlərdən çox narahat olurlar. Biz də bunu görüb hiss edirik. Lakin bəzən mövcud reallığı da nəzərə almalıyıq”. “Report” xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli AzTV-yə müsahibəsində deyib.

O deyib ki, bəzən özəl telekanalların etdiklərinə görə Şuranı çox qınayırlar: “Təbii ki, qınamağa haqları var. Bu gün özəl telekanalların maddi-texniki bazası kifayət qədər deyil. Baxmayaraq ki, bu sahədə ciddi addımlar atılır. Lakin reytinq asılılığı həmin kanallarda verilişlərin keyfiyyətinin hələ də aşağı olmasına gətirib çıxarır. Bunu da acı təəssüf hissi ilə qeyd edirəm”.

MTRŞ sədri onu da qeyd edib ki, hazırkı dövrdə televiziya və radio yayımı sahəsində keyfiyyət və kəmiyyət dəyişiklikləri hiss olunacaq dərəcədə artıb: “Bu gün Azərbaycanda 84 adda televiziya və radio yayımçısı fəaliyyət göstərir. 10 ölkə kanalı dünya miqyasında yayımlanır, 13 kanal regionu əhatə edir, 13 radio ölkə miqyasında dinləyiciləri musiqi və verilişlərlə təmin edir. İki peyk televiziyası, 17 kabel operatoru var. Bu qədər rəqəmin içərisində işlərin çox rahat getməsi də doğru deyil. Nəticə odur ki, bu gün üçün ölkədə bu sahədə görülən işlər öz bəhrəsini verir”.  

Tarix
7 Noyabr 2017 [11:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin