Azərbaycan neftinin qiyməti 66 dolları ötüb

11:18 - 7 Noyabr 2017 - İQTİSADİYYAT

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 2,58 dollar və yaxud 4,06% artıb. "Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 66,20 dollar/barelə bərabər olub. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbər xətti