Ana səhifə
24 Aprel 2018

Kriştianu Ronaldu yeni rekord müəyyənləşdirib

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Kriştianu Ronaldu yeni rekord müəyyənləşdirib.

"Report"un La Liqanın rəsmi saytına istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçu "kral klubu"nda məhsuldar ötürmə sayında son 25 ilin ən yüksək göstəricisinə imza atıb.

XI turda "Las Palmas"la görüş zamanı Ronaldu qolla nəticələnən 84-cü ötürməsini verib. Bu göstəricidə 32 yaşlı forvard "Real Madrid"in əfsanəsi Raul Qonsalesi geridə qoyub. Artıq karyerasını başa vurmuş Raul 83 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm İspaniya çempionatında cəmi bir qol vurub.

Tarix
6 Noyabr 2017 [11:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ