Ana səhifə
16 Fevral 2019

Vyetnamda "Damri" 44 nəfəri öldürdü, 19 nəfəri "itirdi"

Vyetnamın mərkəzi hissəsində tüğyan edən "Damri" qasırğası son 3 sutkada 44 nəfərin ölümünə səbəb olub, daha 19 nəfər itkin düşüb. Trend-in məlumatına görə, bu barədə ölkədə təbii fəlakətlərin fəsadlarına qarşı mübarizə üzrə Milli Koordinasiya Komitəsi xəbər yayıb.

Milli Koordinasiya Komitəsinin verdiyi məlumata görə, güclü leysan yağışları nəticəsində həmin ərazilərdə daşqınlar 40 mindən çox yaşayış evini təhlükə altında qoyub.

Son məlumata görə, 30 mindən çox adam evlərini tərk edib.

Qsırğa nəticəsində Mərkəzi Vyetnamda nəqliyyatın işi də problemlə üzləşib. Belə ki, avtomagistral yollar və dəmiryolunun 30 kilomtrdən çox hissəsi yağış suları altında qalıb.

Tarix
6 Noyabr 2017 [09:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin