Dənizə düşən neftçi ölüb

14:36 - 4 Noyabr 2017 - HADİSƏ

“28 May” NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi dənizə düşüb SOCAR-dan verilən məlumata görə, noyabrın 4-də səhər saatlarında “28 May” NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşüb, operativ tədbirlər nəticəsində sudan çıxarılıb, lakin vəfat etdiyi məlum olub. Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək

Xəbər xətti