Bu günədək 161 min ton pambıq yığılıb

12:36 - 4 Noyabr 2017 - İQTİSADİYYAT

Noyabrın 4-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 161 416 ton pambıq təhvil verilib. “Report”a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən gün 2 737 ton pambıq tədarük edilib. Hesabat tarixinə Azərbaycanın pambıq əkilən bölgələri üzrə ən çox pambıq Saatlı rayonundan yığılıb. Belə ki, bu rayondan 22 441 ton pambıq yığılaraq məntəqələrə təhvil verilib.

Xəbər xətti