Bu gün Azərbaycan Premyer Liqasında XI tura start veriləcək

11:17 - 4 Noyabr 2017 - İDMAN

Bu gün Azərbaycan Premyer Liqasında XI tura start veriləcək. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son turun ilk günündə iki qarşılaşma baş tutacaq.   Turun açılış oyunu Qəbələdə olacaq. “Qırmızı-qaralar” doğma azarkeşləri önündə “Səbail”i sınağa çəkəcəklər. Qələbə Roman Qriqorçukun yetirmələrini ən azı bir günlük liderliyə şərik edəcək. Səfərdə xala həsrət olan debütantın Qəbələdə sensasiya etməsi inandırıcı görünmür. Növbəti uğursuzluq isə baş məşqçi Samir Əliyevin istefasına səbəb ola bilər.   İlk oyun günü turnir cədvəlinin ikinci yarısında qərarlaşan “Sumqayıt”la “Keşlə” arasında matçla yekunlaşacaq. Bu görüş qonaqların baş məşqçisi Ramiz Məmmədovun paytaxt təmsilçisindəki debütü ilə əlamətdar olacaq. Ardıcıl 4 məğlubiyyət alan bakılılar avrokuboklara vəsiqə üçün mübarizə aparan sumqayıtlıları büdrətməyə iddialıdı.apasport     Premyer Liqa XI tur 4 noyabr (şənbə) 16:00. “Qəbələ” – “Səbail” Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Elvin Əsgərov AFFA nümayəndəsi: Ramiz Abdullayev Hakim-inspektor: Füzuli Nəcəfov Qəbələ şəhər stadionu 18:00. “Sumqayıt”  - “Keşlə” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov AFFA nümayəndəsi: Ramiz Mustafayev Hakim-inspektor: Şahin Cəfərov Sumqayıt şəhər stadionu

Xəbər xətti