Bakıda intihara cəhdin qarşısı alınıb

15:38 - 3 Noyabr 2017 - HADİSƏ

Bakıda intihara cəhdin qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər intihar məqsədilə ticarət mərkəzinin damına çıxıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşla müvafiq söhbətlər aparmış və onu intihar etmək fikrindən daşındırıblar. Əməliyyat başa çatıb.

Xəbər xətti