Ana səhifə
24 Fevral 2018

Bakıda "KamAZ" piyadanı vurub

Abşeron rayonunda ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 2-də saat 05 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Saray qəsəbə sakini Mirislam Yaqubov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarında dayanmış Masazır qəsəbə sakini Samiq Mehrəliyevə məxsus “Mercedes” markalı avtomobilin sərnişini, Astara rayon sakini Səid Salmanovu vurub. Nəticədə “KamAZ” markalı avtomobil aşıb və yük yerində olan mişar daşlarının bir hissəsi “Mercedes” markalı avtomobilin üzərinə dağılıb. Xəstəxanaya yerləşdirilən S.Salmanov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Tarix
3 Noyabr 2017 [12:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ