Sabahın havası- 20° isti olacaq

12:30 - 3 Noyabr 2017 - ÖLKƏ İÇİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabrın 4-də ölkə ərazisində müşahidə ediləcək hava proqnozunu açıqlayıb. ETSN-dən verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. 
 Şimal-qərb küləyi  gündüz cənub küləyi ilə əvəz olunacaq.
 Havanın temperaturunun gecə 7-10° isti, gündüz  16-20° isti, Bakıda gecə  8-10° isti, gündüz  18-20° isti olacağı gözlənilir.
 Atmosfer  təzyiqi 764  mm civə sütunu təşkil edəcək.
 Nisbi rütubət  gecə 70-80 %, gündüz 45-50 % olacaq. 
 Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 6-dək Abşeron yarımadasında mülayim payız havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.  
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman,  Lənkəran-Astara zonasında çiskin olacaq. Qərb küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 5-10°, gündüz  15-20° isti, dağlarda gecə 0-4°, gündüz  6-11° isti olacağı gözlənilir.

Xəbər xətti