Ana səhifə
23 Sentyabr 2018

Azərbaycanda yeni körpü (FOTO)

Quba-Qonaqkənd avtomobil yolunun 35-cü, 36-cı km-də 2 yeni körpünün tikintisi başa çatdırılıb. 



Ucnoqta.az xəbər verir ki, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, körpülərin uzunluğu 30m, qabariti isə 9,5 metrdir.

“Hazırda yolun 41-ci km-də yeni körpünün tikintisi işləri davam etdirilir. Uzunluğu 27,3m, qabariti 9,5m nəzərdə tutulan körpüdə 1-ci dayağın gövdəsinin tikintisi başa çatmaq üzrədir, 2-ci dayağın isə karkası qurulur. Yaxın həftə ərzində sözügedən dayağın betonlanma işlərinə başlanılacaq”, - deyə Pünhan Mürsəliyev bildirib.

Yolun yenidənqurulması çərçivəsində əlavə 2 yeni körpünün tikintisi, 3 mövcud korpünün sökülərək yenisi ilə əvəzlənməsi planlaşdırılır.

Qeyd edək ki, Quba-Qonaqkənd avtomobil yolu 68000 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini özündə birləşdirir.(ANS PRESS)

Tarix
24 Noyabr 2014 [12:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin