“Qarabağ” bizə də problem yaratmışdı” – “Roma”nın baş məşqçisi

16:38 - 1 Noyabr 2017 - İDMAN

“Biz də “Qarabağ”la bir dəfə qarşılaşmışıq. Çətin səfər oyunundan üzüağ çıxmışıq”. Bu sözləri Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Roma”nın baş məşqçisi Eysebio di Françesko deyib.
“Çelsi” ilə qarşılaşmadan (3:0) sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın səfərdə “Atletiko”dan xal almasına münasibət bildirən italiyalı mütəxəssis Ağdam təmsilçisi ilə oyunun onlar üçün də çətin keçdiyini qeyd edib:
 
“Etiraf edirəm ki, “Qarabağ” hər kəsə olduğu kimi, bizə də problem yaratmışdı. Avrokuboklarda heç vaxt asan qələbə olmur. Bütün oyunlara ciddi yanaşmaq məcburiyyətindəyik”.

Xəbər xətti