İraqda zəvvarları daşıyan avtobus qəzaya uğrayıb, 4 ölü, 14 yaralı var

14:41 - 31 Oktyabr 2017 - DÜNYA

 İraqın Babil mühafəzasındakı Hillə şəhərində zəvvarları daşıyan avtobus qəzaya uğrayıb. "Report" "ParsToday" portalına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 iranlı zəvvar ölüb, 14 nəfər yaralanıb.

Qeyd edək ki, iranlı zəvvarlar Kərbəla şəhərinə gedirmişlər.

Xəbər xətti