Tahir Gözəl: "Böyük həyəcan və inamla yola çıxmışıq"

16:00 - 30 Oktyabr 2017 - İDMAN

"Madriddə əlimizdən gələni etməyə gedirik". Ucnoqta.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib: "Bu qarşılaşma bizim üçün tarixi oyundu. “Atletiko” ilə matçda qeydə alınacaq nəticə “Qarabağ” üçün çox önəmlidi. Madriddə əlimizdən gələni etməyə gedirik. İnşallah, səfərdən xalla dönmək istəyirik, arzumuz budu. Böyük həyəcan və inamla yola çıxmışıq. Bakıdakı kimi ilk dəqiqələrdən özümüzə inanaraq oynamaq və səfərdən xalla dönmək arzusundayıq. Hədəfimiz budur".

Xəbər xətti