Ana səhifə
24 Fevral 2018

Bakıda fəhlə 7-ci mərtəbədən yıxıldı, sağ qaldı

Bakıda fəhlə 20-25 metr hündürlükdən yıxılıb. Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü Cəfərov Vahid Mahmudağa oğlu Binəqədi rayonu İbrahimpaşa kücəsi 94 ünvanındakı binanın fasadını rəngləyərkən hündürlükdən yıxılıb.
51 yaşlı kişi binanın 7-ci mərtəbəsində, təxminən 20-25 metr hündürlükdə olarkən konstruksiya nöqsanı səbəbindən ayağının altındakı döşəmə sürüşüb. O, hündürlükdən yerə yıxılıb və ağır vəziyyətdə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
V.Cəfərovun hazırda koma vəziyyətində olduğu bildirilir.

Tarix
30 Oktyabr 2017 [15:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ