İran generalı: “ABŞ İranda çevriliş etmək istəyir”

15:10 - 30 Oktyabr 2017 - DÜNYA

ABŞ-ın məqsədi İranda nizamı dəyişməkdir. Ucnoqta.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Baş Qərargah rəisi general Məhəmməd Baqıri söyləyib.
 
“Hədəfi İranda çevriliş etmək olan ölkənin müzakirə aparacaq ləyaqəti yoxdur. Biz nüvə razılaşmasına sadiqik, amma sanksiyalar yenidən gündəmə gəlsə, İran nüvə razılaşmasından tam çıxacaq”, – deyə o bildirib.

Xəbər xətti