Novruz Məmmədov: “Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışı tarixi hadisədir”

11:23 - 30 Oktyabr 2017 - SİYASƏT

“Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışı tarixi hadisədir”.  Bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.  O qeyd edib ki, 2017-ci il müstəqil Azərbaycan tarixində ən uğurlu səhifələrdən biri kimi yadda qalacaq: "Böyük tarixi hadisələr sırasında Yeni əsrin - XXI əsrin kontraktının imzalanmasından sonra bu gün iki qitənin ölkələrini və xalqlarını bir-birinə yaxınlaşdıran Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışıdır. Yolun daim uğurlu olsun, Azərbaycan!" Apa

Xəbər xətti