Ana səhifə
26 Sentyabr 2018

"Zorən şorgöz" tamaşası Akademik Milli Dram Teatrın səhnəsində

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Zorən şorgöz” tamaşası təqdim olunub. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, ingilis dramaturqu Rey Kuninin “Kişi, qadın, pəncərə, meyit” əsəri əsasında hazırlanan iki hissəli komediyanın tərcüməçisi və quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadə, işıq üzrə rəssamı Rafael Həsənovdur. Tamaşada rolları əməkdar artistlər Nicat Kazımov (Riçard Uilli), Aslan Şirin (Corc Piqden), Mehriban Xanlarova (Ceyn Uorzinqton), Kazım Abdullayev (Müdir), aktyorlar Rəşad Bəxtiyarov (Ofisiant), Mətləb Abdullayev və Rövşən Kərimduxt (Ronni), əməkdar artist Şəlalə Şahvələdqızı (Pamela), aktyorlar Şəhla Əliqızı (Qledis), Vüsal Mustafayev (Detektiv), Dilarə Nəzərova (Mariya) ifa edirlər. Tamaşanı Dilbər İsmayılova idarə edib. Səhnə əsərinin ilk nümayişi 8 iyun 2013-cü ildə baş tutub. Tamaşa alqışlarla qarşılanıb.
Tarix
30 Oktyabr 2017 [11:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin