Xızıda qardaş qardaşı güllələyib

10:34 - 30 Oktyabr 2017 - HADİSƏ

Xızı rayonunda qətl hadisəsi baş verib.   Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, rayonun Yarımca kənd sakini, 1972-ci il təvəllüdlü Şirxan Məhərrəmov qardaşı, 1966-cı il təvəllüdlü Səmədi gülləyərək qətlə yetirib.   Hadisənin qardaşlar arasında baş verən mübahisə zəminində baş verdiyi bildirilir. Qətli törədən şəxs saxlanılıb.   Faktla bağlı Xızı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti