Naxçıvanda azyaşlı uşağı avtomobil vurub

13:22 - 29 Oktyabr 2017 - HADİSƏ

Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, Kəngərli rayonunun Qıvraq qəsəbəsində "VAZ 2107" markalı avtomobil yola çıxmış 4 yaşlı oğlanı vurub. Ağır xəsarət alan azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Bildirilir ki, qəzaya azyaşlının nəzarətsiz qalması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti