Salyanda ikimərtəbəli ev yanıb

09:45 - 29 Oktyabr 2017 - HADİSƏ

Salyan rayonunda yanğın olub. FHN-dən verilən məlumata görə, rayonun Qarabağlı kəndində ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti