“İnter” bundan sonra “Keşlə” adlanacaq

15:15 - 28 Oktyabr 2017 - İDMAN

Futbol üzrə Azərbaycan Premyer Liqasında ad dəyişikliyi rəsmiləşib.  Peşəkar Futbol Liqasının (PFL) saytında verilmiş məlumata görə, “İnter” Peşəkar İdman Klubu bundan sonra “Keşlə” Peşəkar Futbol Klubu adı altında mübarizə aparacaq. “Keşlə” bununla bağlı bütün sənədləri PFL-ə təqdim edib.

Xəbər xətti