Ana səhifə
18 Noyabr 2018

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə şəhərin Sülh küçəsindəki "Bilik" Tədris Mərkəzinin yaxınlığında baş verib. Şəhər sakini Ağayarov Nail Şəmsəddin oğlu tanışı Mərdanov Saleh Sabirağa oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə N.Ağayarov üzərində gəzdirdiyi bıçaqla S.Mərdanova bir neçə bıçaq zərbəsi endirib. S.Mərdanov yaralı vəziyyətdə hadisə yerindən uzaqlaşıb. Yaxınlıqdakı şəxslərin köməyi ilə o, xəstəxanaya yerləşdirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən N.Ağayarov saxlanılıb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
Tarix
28 Oktyabr 2017 [11:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin