"Barselona" Arda ilə bağlı qərarını verdi

12:44 - 27 Oktyabr 2017 - İDMAN

"Barselona" futbolçusu Arda Turanı gələn ilin yayı satacaq. Qol.az-ı "TRT Spor"a istinadən yaydığı xəbərə görə, bu barədə Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku məlumat verib.  O bildirib ki, bununla bağlı Kataloniya klubununun çalışdırıcısı Ernesto Valverde deyib: 
"Valverde ilə görüşüb millinin oyunları öncəsi Ardaya məşqlərdə daha çox şans verməsini istədim. Klub nümayəndələri Ernestoya Ardanın satılacağını deyib. Bu yay "Arsenal", "Qalatasaray" və ya "Monako"ya keçəcəkdi, amma alınmadı".

Xəbər xətti