Gəncə sakini özünü güllələyib

10:58 - 27 Oktyabr 2017 - HADİSƏ

Gəncə sakini Goranboyda güllə yarası alıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, rayonun Xoylu və Qaradağlı kəndlərində ova çıxan Gəncə sakini, 1988-ci il təvəllüdlü Məmmədov Vüqar Vəliyəddin oğlu odlu silahla ehtiyatsız davranaraq, ayağına atəş açıb. Xəsarət alan gənc xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti