Ana səhifə
26 Aprel 2018

Qazaxıstandan Azərbaycana 40 yük lokomotivi 2020-ci ilədək çatdırılacaq

"Alstom" şirkətinin ilk iki yük elektrovozu yaxın günlərdə Qazaxıstandan Azərbaycana çatdırılacaq. Bunu brifinqdə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib. O qeyd edib ki, bütün 40 yük lokomotivi isə 2020-ci ilədək tədarük olunacaq:"Elektrovozların 24-ü 2018-ci ildə, daha 14-ü isə 2019-cu ildə çatdırılacaq. Onlar yeni Bakı-Tbilisi-Qars dəmiryolu dəhlizində işləyəcək".
Səfir bildirib ki, bundan əvvəl Qazaxıstan Azərbaycana 10 teplovoz göndərib.
B.İsabayev əlavə edib ki, Qazaxıstan yaxın gələcəkdə Azərbaycana "Azərbaycan Dəmir Yolları" QSC üçün 500 milyon dollar dəyərində müxtəlif dəmiryolu malları tədarük edəcək.

Qeyd edək ki, Azərbaycan üçün "Alstom" yük elektrovozları Astanada yığılır.trend

Tarix
26 Oktyabr 2017 [12:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ