Səudiyyə şahzadəsi: “Yeni İslam ölkəsi quracağıq”

14:09 - 25 Oktyabr 2017 - DÜNYA

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman İslam dininin ölkəsindəki məzmununu dəyişməyə başladığını açıqlayıb. Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, Salman bu barədə paytaxt Ər-Riyaddakı bir tədbirdə danışıb.
“Keçmişdə olduğumuz yerə qayıdacağıq. Dünyaya və bütün dinlərə açıq, mülayim bir İslam ölkəsi olacağıq. Çox yaxında radikalizmi bitirəcəyik. Səudiyyə Ərəbistanı qarşıdakı 30 ili dağıdıcı fikirlərlə mübarizə aparmaqla keçirməyəcək” -, deyə şahzadə qeyd edib.
Analitiklər şahzadə Salmanın qadınlara avtomobil idarə etməyə icazə verməsi də daxil olmaqla, ölkədəki bir çox reformasiya tədbirlərinin arxasında bir güc olduğunu düşünür.
Qeyd edək ki, şahzadə Salman ölkədə qadağan edilən kinoteatrların yenidən açıla biləcəyini də demişdi.

Xəbər xətti