Bakı-Quba yolunda iki maşın toqquşub, xəsarət alan var

16:53 - 24 Oktyabr 2017 - HADİSƏ

Bu gün günorta saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ” markalı avtomobillə “Shaqman” markalı yük maşını toqquşub. Hadisə zamanı “VAZ”ın sürücüsü xəsarət alıb.

Fakt araşdırılır.

Xəbər xətti