Gənc Tamaşaçılar Teatrında yeni tamaşa hazırlanır

15:01 - 24 Oktyabr 2017 - Mədəniyyət

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlanmasına start verilib. Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, H.X Andersenin “Qar kraliçası” əsəri əsasında eyni adlı tamaşanın rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, tamaşanın plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır. 
Tamaşada Mehriban Hüseynova, Zemfira Əbdülsəmədova, Könül Əbilova, Anar Seyfullayev, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Ceyhun Məmmədov, Qəmər Məmmədova və digər aktyorlar rol alıb. Tamaşa dekabr ayında təhvil veriləcək.
 

 

Xəbər xətti