Ana səhifə
23 Noyabr 2017

Bakıda piyadanı vurub qaçan sürücü tutulub

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, oktyabrın 22-də saat 18.00 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə Rayon Polis İdarəsinə məlumat daxil olub.
Məlum olub ki, yolu keçmək istəyən Binəqədi qəsəbə sakini, 77 yaşlı Xanım Nəbiyeva naməlum avtomobillə vurulub və o, hadisə yerində ölüb.
Hadisənin “Lada Granta” markalı avtomobillə törədilməsi müəyyənləşib.  Əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobilin yeri müəyyənləşdirilib və onu idarə edən şübhəli şəxs qismində saxlanılaraq Polis İdarəsinə gətirilib.
İstintaqa təhvil verilən şəxsin Bakı şəhər sakini Akif Məmmədov olduğu məlum olub.   
Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Tarix
23 Oktyabr 2017 [16:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ