Beşqat Dünya çempionumuz xocalılılar üçün idman klubu yaratdı - VİDEO

16:16 - 23 Oktyabr 2017 - Xəbər

Xocalıdan köçkün düşmüş şəxslər, onların övladları üçün idman klubu yaradılıb. Klubun rəhbəri kikboksinq üzrə beşqat dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi, dəfələrlə beynəlxalq turnirlərin qalibi Ehram Məcidovdur. O saytımıza açıqlamasında bildirib ki, klubun yaradılması barədə qərar bu ilin fevralın 26-da qərara gəlinib: "Xocalı soyqrımını anarkən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, hörmətli millət vəkili Adil Əliyevlə belə bir qərar qəbul etdik. Və bir neçə peşəkarları dəvət etməklə işimizə başladıq”.bakupost.az

Xəbər xətti