Mingəçevirdə 20 yaşlı qız intihara cəhd edib

16:01 - 23 Oktyabr 2017 - HADİSƏ

Mingəçevir şəhərində daha bir gənc qız intihara cəhd edib. Hadisə şəhərin Puşkin küçəsində yerləşən evlərdən birində baş verib.  Belə ki, şəhər sakini, 1997-ci il təvəllüdlü  U.A hələlik məlum olmayan səbəblərdən sirkə turşusu içərək özünü öldürmək istəyib. O, huşsuz və ağır vəziyyətdə qohumları tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, U.A-nın vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Xəbər xətti