Əsgər “UAZ”-ı dərəyə aşırdı: 1 ölü, 1 yaralı

14:47 - 23 Oktyabr 2017 - HADİSƏ

Bu gün səhər saat 08.30 radələrində Ermənistanın Aqarakadzor-Qnişik yolunda ağır avtomobil qəzası olub. “UAZ” markalı avtomobilin dərəyə yuvarlanması nəticəsində bir nəfər ölüb, digəri ciddi xəsarətlər alıb. Ucnoqta.az musavat.com-a istinadən xəbər verir ki, “UAZ”-ın sürücüsü 19 yaşlı Gevorq X. avtomobilin 20 metr dərinlikdəki yarğana yuvarlanması nəticəsində yerindəcə ölüb. Onun müddətli hərbi xidmətdə olduğu bildirilir. 21 yaşlı sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Xəbər xətti