“Xaliq Faiqoğlu” şirkəti təhlükəsizlik aylığına start verdi

14:07 - 23 Oktyabr 2017 - Xəbər

Sürücülər üçün maarifləndirici görüşlər keçiriləcək
Bu gündən etibarən Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” şirkətində 30.11.2017-ci il tarixədək “Təhlükəsizlik ayı”nın keçirilməsinə start verilib. Şirkətdən verilən məlumata görə, layihənin təşkilində əsas məqsəd sərnişin daşıma sahəsində xidmətin təkmilləşdirilməsi, sürücü-sərnişin münasibətinin tənzimlənməsi, sürücülər tərəfindən yol-hərəkəti qaydalarına riayət etmələri və qəza hallarının minimuma endirilməsidir. Bu məqsədlə şirkətdaxili müvafiq komissiya yaradılmış, sürücü-dispetçer heyyətinə təhlükəsizlik jurnalları paylanılıb. “Təhlükəsizlik ayı” çərçivəsində sürücülər üçün maarifləndirici görüşlər keçiriləcək, yol-hərəkəti qaydaları, sərnişin-sürücü münasibətləri barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, “Təhlükəsizlik ayı” şirkət tərəfindən ildə 2 dəfə olmaqla təşkil olunur və sərnişindaşıma işinin təkmilləşdirilməsi istiqamətində şirkət mütəmadi olaraq Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı şəhər BDYP ilə sıx əməkdaşlıq edir.
Məlumat üçün bildirək ki, “Xaliq Faiqoğlu” şirkəti 2003-cü ildən fəaliyyət göstərir, şirkətin istismarında olan 18,61,65,79,85,96 və 135 saylı marşrut xəttlərinda “Bakı Kart” elektron sistemi tətbiq olunur və həmin xəttlərdə müasir avtobuslar işləyir. Əlavə olaraq  20,119 və 199 saylı marşrut xəttlərinin elektron sistemə keçidi nəzərdə tutulmuşdur. Yaxın vaxtlarda beynəlxalq maliyyə təşkilatlarından cəlb edilmiş vəsait hesabına 70 ədəd yeni avtobusun alınması nəzərdə tutulub.

 

Xəbər xətti