Ana səhifə
23 Noyabr 2017

® Bakcell abunəçiləri ölkə xaricində xərclədikləri məbləğin ƏDV hissəsini geri ala biləcəklər

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin abunəçiləri artıq ölkə xaricində xərclədikləri məbləğin əlavə dəyər vergisini (ƏDV) daha rahat formada geri almaq imkanı qazanıblar. 
“TaxFree4U” xidməti ilə əməkdaşlıq çərçivəsində  Avropa ölkələrinə səfər edən Bakcell müştəriləri həmin ölkələrdə alış-veriş zamanı xərclədikləri məbləğin ƏDV-sini geri almaq üçün xüsusi mobil əlavədən istifadə edə bilərlər. “Bakcell TaxFree4U” mobil əlavəsi sayəsində,  həmin əlavə vasitəsilə qeydiyyata alınan xərclər üçün bəyannamə doldurmağa və yaxud bir neçə yerdə növbədə durmağa ehtiyac olmayacaq. Proqramın digər üstün cəhəti ondan ibarətdir ki, abunəçilər sadəcə tərəfdaş mağazalar şəbəkəsində edilən alış-verişə görə deyil, ƏDV ödəyicisi olan bütün ticarət obyektlərində edilən alış-verişə görə ödənmiş məbləğin də ƏDV hissəsini geri alacaqlar. 
Bakcell abunəçiləri mobil telefonlarına “Bakcell TaxFree4U” mobil əlavəsini yüklədikdən sonra Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya və ya Böyük Britaniyada olarkən etdikləri xərcləri bu proqrama asanlıqla daxil edə və xərclədikləri ümumi məbləğin 19%-ə qədərini geri ala bilərlər. 
Azərbaycan, ingilis və rus dillərində təqdim edilən mobil əlavədən bütün Bakcell abunəçiləri üçün nəzərdə tutulub. 
“Bakcell TaxFree4U” mobil əlavəsini AppStore və ya GooglePlay vasitəsi ilə yükləmək olar. Qeydiyyatdan keçmək üçün 5678 qısa nömrəsinə SMS yollamaq yetərlidir. 

 

Tarix
23 Oktyabr 2017 [14:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ