Şəhid əsgər dəfn edilib

13:46 - 23 Oktyabr 2017 - Xəbər

Azərbaycanın şəhid olan əsgəri dəfn olunub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgəri, 1999-cu il təvəllüdlü Cabbar Firuddin oğlu Zeynalovun nəşi bu gün Saatlı rayonunun Heydərabad kəndinə gətirilərək kənd qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində şəhidin yaxınları, xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.
Şəhidin tabutuna örtülən Azərbaycan bayrağı onun atasına təqdim edilib. Yaylım atəşindən sonra torpağa tapşırılan şəhid C. Zeynalovun məzarı üstünə əklil və qərənfillər qoyulub.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1999-cu il təvəllüdlü, şəhid əsgər Cabbar Firuddin oğlu Zeynalov şəhid olub. .
Qeyd edək ki, C.Zeynalov 2017-ci ilinaprel ayında həqiqi hərbi xidmətə yola salınışdı.
Allah rəhmət eləsin! 


Xəbər xətti