Ana səhifə
21 Noyabr 2017

Bakıda 8-9 ballıq zəlzələ olacaq xəbərinə dair AÇIQLAMA

Bakı ərazisinin, ümumilikdə Azərbaycanın seysmik baxımdan fon səviyyəsi 8, bəzi zonalar isə 9 ballıqdır. Ucnoqta.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu jurnalistlərə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli Bakıda 8-9 ballıq zəlzələnin gözləniləcəyi barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, RSXM əməkdaşının Bakının seysmoloji vəziyyəti ilə bağlı verdiyi açıqlama düzgün başa düşülməyib:
“Mərkəzin əməkdaşının Bakının fon səviyyəsi barədə söylədiyi fikirlər çox yanlış başa düşülüb. Mərkəzin əməkdaşı Bakıda 8-9 ballıq zəlzələnin gözlənildiyini deməyib. O, Bakının 8-9 ballıq zəlzələ zonası olduğunu deyib, yəni burada 8-9 ballıq zəlzələ ola bilər. Bu, 100, 500, 50 il ərzində bir dəfə ola bilər. Ona görə də insanları təşvişə salmaq lazım deyil. Bakı ərazisinin, ümumilikdə Azərbaycanın seysmik baxımdan fon səviyyəsi 8, bəzi zonalar üzrə isə 9 ballıqdır. Bu, yaxın günlərdə 8-9 bal gücündə zəlzələnin olacağı mənasını vermir".

Tarix
23 Oktyabr 2017 [11:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ