Ana səhifə
26 Aprel 2018

Əfqanıstanda partlayışda ölənlərin sayı 56 nəfərə çatıb

Əfqanıstanın paytaxtı Kabildə, şiə məscidində törədilmiş terror aktında ölənlərin sayı 56 nəfərə çatıb. "Report"un məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi xəbər verib. Xəbərdə bildirilir ki, hadisə zamanı həmçinin 55 nəfər xəsarət alıb. Qeyd edək ki, terror aktı paytaxtın Daşti Barçi rayonunda, "İmam Zaman" məscidində törədilib. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. Bundan əlavə, ölkənin hakimiyyət orqanları hadisəni törədən terrorçunun Türkmənistan vətəndaşı olması barədə xəbəri təkzib ediblər.
Tarix
22 Oktyabr 2017 [14:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ