Ana səhifə
25 Sentyabr 2018

Piyadanı öldürən sürücü qaçdı

Hadisə mərhumun oğlu Röyal Mehtiyevin gözləri qarşında baş verib

 

Bu gecə Bakıda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Suraxanı rayonu Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsində baş verib. Yüksək sürətlə hərəkətdə olan naməlum minik avtomobili yolun kənarı ilə gedən 42 yaşlı Elşən Hüseynbala oğlu Əzimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Şahidlərin sözlərinə görə mərhum qəsəbə sakini olub, və hadisə vaxtı evinə gedirmiş. Piyadanı vuran avtomobilin sahibi isə yaralıya kömək etmək əvəzinə, ərazidən yayınmağı üstün tutub.

 

Hadisəni dəhşətli edən isə qəzanın mərhumun oğlu Röyal Mehtiyevin gözləri qarşında baş verməsidir.

 

Hadisə yerinə gələn rayon polis idarəsinin əməkdaşları müvafiq araşdırmalar apardıqdan sonra mərhumun meyiti daha geniş müayinə olunması üçün ekspertizaya aparılıb.

 

Faktla bağlı Suraxanı rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb. Hazırda polis qəzanı törədərək ərazidən yayınan “Mercedes” maraklı avtomobilin axtarışlarını aparır.

Tarix
9 Oktyabr 2014 [08:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin