"Samaraya bilet axtaran" şəxs parkomatı sındırıb

07:42 - 22 Oktyabr 2017 - HADİSƏ

Paytaxtın Hüseyn Cavid prospektindəki parkomat aparatlarından biri sındırılıb. Ucnoqta.az Trend-ə istinadən xəbər verir kk, səhər saatlarında bir kişi parkomata yaxınlaşaraq yumruq və təpik vurub. Sərxoş olduğu güman edilən kişi qışqıraraq "Mənə Samaraya bilet lazımdır" deyib. Yerli sakinlərin müraciəti əsasında hadisə yerinə gələn polis həmin şəxsi saxlayıb. Parkomat aparatı tamamilə yararsız hala düşüb.

Xəbər xətti