Sabirabadda “Qazel” və “KamAZ” toqquşub

10:54 - 21 Oktyabr 2017 - HADİSƏ

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, rayonun Bulaqlı kəndi ərazisində “Qazel” markalı avtomobillə “KamAZ” markalı avtomobil toqquşub.   Nəticədə Saatlının Bəylik kənd sakinləri - 1972-ci il təvəllüdlü Abdullayev Əli Hüseynqulu oğlu və 1990-cı il təvəllüdlü Abdullayev Elmir İltifat oğlu xəsarət alıblar. Ə. Abdullayev xəstəxanaya aparılarkən ölüb. E. Abdullayev isə Sabirabad rayon xəstəxanasına yerləşdirilib.  Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Xəbər xətti