Xaçmazda itkin düşən məktəbli tapılıb

10:37 - 21 Oktyabr 2017 - Xəbər

Ötən gün Xaçmaz rayonunda dərsdən çıxandan sonra evə qayıtmayan məktəbli tapılıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Xaçmaz rayon Rəsul Rza küçəsində yaşayan 11 yaşlı Zamin Mənsur oğlu Daşdəmirov bu gün səhər saat 07:30 radələrində Xaçmaz parkında tapılıb və ailə üzvlərinə təhvil verilib. Altıncı sinifdə oxuyan Mənsur yerli 5 saylı orta məktəbin şagirdidir.

Xəbər xətti