Ana səhifə
17 Noyabr 2018

"TOTAL" meneceri Xəzərdəki problemlərdən danışdı

Üzən qazma qurğularının çatışmazlığı Xəzərdəki işlər üçün çətinlik yaradır.

 

 

Ucnoqta.az xəbər verir ki, trendin məlumatına görə, bunu cümə günü Bakıda "Neft-qaz həftəsi - 2014" konfransında Fransanın "Total" şirkətinin inkişaf üzrə meneceri Erik Mayer bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın "Abşeron" qaz-kondensat yatağının operatoru olan "Total" qazma qurğularının olmaması probleminin həllinin müxtəlif variantlarını nəzərdən keçirir.

E.Mayerin fikrincə, Xəzərdə digər problem onun akvatoriyasına iri gəmilərin daxil olması və Volqa-Don kanalına keçidlə bağlı çətinlikdir.

Menecer bildirib ki, bütün bunların hamısı nəticədə bazarda çoxlu sayda podratçı şirkətlərin iştirak imkanlarını əngəlləyir ki, bu da o cümlədən “Total”ın iştirakı ilə reallaşdırılan iri layihələrin dəyərinə təsir edir.

 

Tarix
23 Noyabr 2014 [12:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin