Öləndən sonra nə olur?

16:37 - 20 Oktyabr 2017 - MARAQLI

İnsan ölümündən sonra onunla nələrin baş verdiyini dərk edir. Amerikalı bir qrup alim belə deyir. Onların sözlərinə görə, bədən kliniki ölüm keçirən kimi beynin hüceyrələri fəaliyyətini dayandırmır.  Araşdırmanın rəhbəri Sema Parninin sözlərinə görə, həkimlər adətən ürək dayanan kimi ölümü qeydə alırlar. Beynə qan gedişi dayanır, demək o həmin andaca işini dayandırır. Bununla belə alimlər iddia edirlər ki, ölümün birinci mərhələsində insanın huşu açıq ola bilər. Buna misal olaraq isə, kliniki ölüm keçirən, ürəyi dayanan insanların tibbi müdaxilə ilə həyata qaytarılmasından sonra ətraflarında baş verənləri izah edə bilmələri ilə izah edirlər. (istipress)

Xəbər xətti