Ana səhifə
19 Sentyabr 2018

Futbol qaydaları dəyişə bilər

Futbolu daha da izlənilən və həyəcanlı hala gətirmək istəyən UEFA maraqlı dəyişiklikləri gündəminə gətirib.

 

Ucnoqta.az xəbər verir ki, ans-in məlumatına görə, yeni dəyişikliklərlə ehtiyatdakı heyət genişlənəcək və hətta futbolçulara 10 dəqiqəlik mini cəzalar veriləcək.

Bu yeni qaydaların araşdırılmasından isə «Manchester United»in sabiq baş məşqçisi Alex Ferguson məsul olacaq. A.Ferguson UEFA «Elita Managers» forumunda hakimlərlə birlikdə çalışacaq.
İddialara görə, bəzi dəyişikliklər 2016 Avropa Çempionatında tətbiq olunmağa başlanılacaq.

Gündəmdəki ən böyük dəyişikliyə görə, tək matçlıq oyunlarda penalti atışları 120 dəqiqənin sonunda deyil, 90 dəqiqənin ardından və ya oyundan öncə olacaq. Penaltini qazanacaq komanda 120 dəqiqə sonra bərabərlik pozulmazsa, növbəti mərhələyə keçəcək. Beləliklə də oyun zamanı hesabı qorumaq istəyən komandaların müdafiəyə meylli oynamaq cəhdlərinin qarşısı alınacaq.
Ehtiyat heyətdəki futbolçuların sayı isə 11-ə çatdırılacaq.

Bir digər təklif isə buz xokkeyində istifadə olunan cəzaların tətbiqidir. Yəni, futbolçu qayda pozuntusu edərsə, hakim onu 10 dəqiqəlik oyundan çıxardacaq. Cəriməsi bitdikdən sonra isə oyuna qayıda biləcək.

Tarix
23 Noyabr 2014 [12:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin