Cinayət Məcəlləsinə 300 dəyişiklik edildi

14:45 - 20 Oktyabr 2017 - Xəbər

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Cinayət Məcəlləsinə ümumilikdə 300-ə yaxın dəyişiklik nəzərdə tutulmuşdu.
Məcəllədən bir sıra maddələr çıxarılıb. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Belə əməllərin sayı 15-dir. Bunlar əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir.
Məcəlləyə yeni cəza növü, yəni “azadlığın məhdudlaşdırılması” cəza növü də əlavə edilib. Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib. Dəyişikliklə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlər törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan azağır kateqoriyaya keçirilib.
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Xəbər xətti