Milli Məclis 3 məsələnin müzakirəsini təxirə saldı

13:48 - 20 Oktyabr 2017 - Xəbər

Milli Məclisin bu gün keçirilən iclasında 3 məsələnin müzakirəsi təxirə salınıb. Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, gündəliyin 18, 19 və 20-ci məsələlərinin müzakirəsi müəyyən səbəblərdən təxirə salınıb.

Qeyd edək ki, bu məsələlər Mülki Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi ilə bağlıdır.

Xəbər xətti